"Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər" - ŞƏRH

 14:45 05.08.2025     86

Bir sıra media orqanlarında və sosial şəbəkələrdə bu həftə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacağı barədə iddialar yayıb. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə görüşəcək və sülh sazişi ilə bağlı bəyanat veriləcək.

Belə bir görüş baş tuta bilərmi? Əgər görüş baş tutarsa nəticələri necə olar?

Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər.

"Bu, Trampın təkcə Cənubi Qafqazla bağlı yanaşması deyil, qlobal sülhyaratma missiyasında diplomatik uğur qazanmaq məqsədlərinin kəsişməsidir. Görüşdə əsas məqsəd sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı yekun razılığa gəlməkdir. Ermənistan isə hələ də sülhü manipulyasiya predmeti kimi saxlayır, gah Qərbə, gah da Rusiyaya “göz vuraraq” prosesin uzanmasında maraqlı davranır. Paşinyan hökuməti daxili elektoratı sakitləşdirmək üçün sülh ritorikasından istifadə etsə də, praktiki addımlarda ya qeyri-səmimidir, ya da gücsüzdür. Sərhəddə bəlli dönəmlər baş verən təxribatlar da bu qeyri-səmimiliyin göstəricisidir. Vaşinqton görüşü Paşinyan üçün son şans ola bilər əgər bu dəfə də konkret razılaşmalardan yayınarsa, Ermənistan daha ciddi regional təcrid və geosiyasi itkilərlə üzləşə bilər. Azərbaycan isə bu platformanı öz diplomatik üstünlüyünü təsdiqləmək və prinsipial mövqeyini beynəlxalq səviyyədə legitimləşdirmək üçün istifadə edir".

Politoloq əlavə etdi ki, Zəngəzur dəhlizi və nəqliyyat xətləri ilə bağlı məsələlər danışıqların texniki deyil, siyasi qütbündə olacaq. Çünki Ermənistan dəhlizi açmaq əvəzinə hər vəchlə prosesi sabotaj etməyə çalışır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən