"Amerikanın Rusiyaya tətbiq eləyəcəyi sanksiyalar iqtisadi əsaslı sanksiyalar olacaq" - Şərh

ABŞ Prezidenti Donald Tramp avqustun 8-nə qədər Rusiyadan Ukrayna ilə sülh sazişi imzalamasını tələb edib, əks halda isə Rusiyaya qarşı sanksiyaların tətbiq olunacağını bildirib.
Redaktor.az-a danışan "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, ABŞ Rusiyaya qarşı kifayət qədər sanksiyalar tətbiq edib.
"Təkcə ABŞ deyil, Avropa İttifaqı ölkələri də geniş sanksiyalar tətbiq edirlər. Hətta mən bildiyim qədər artıq 20-yə yaxın yəni sanksiyalar paketi qəbul olunub. Amma Rusiyanın Ukraynaya təcavüzü davam edir. Rusiya Ukrayna ərazilərini, torpaqlarını işğalda saxlayır. Hətta yeni ərazilər də işğal edir. Amerikanın Rusiyaya tətbiq eləyəcəyi sanksiyalar iqtisadi əsaslı sanksiyalar olacaq. Tramp özü də etiraf edir ki, sanksiyalar qəbul edəcək və yaxud daha da sərtləşdirəcək", - deyə Mübariz Göyüşlü qeyd etdi.
Aytəkin TOFİQQIZI