"Ərdoğan bu konfliktin həllində mühüm fiqura çevrilib” - AÇIQLAMA 

 18:47 05.08.2025     95

Türkiyə Cümhuriyyətinin prezidenti  Rəcəb Tayyib Ərdoğanın Ukrayna prezidenti Zelenskinin dəvəti ilə Ukraynaya səfər edəcəyi barədə Ukraynanın Ankara səfiri Nərmin Liharyal tərəfindən beynəlxalq mətbuata açıqlama verilib.

Redaktor.az-a danışan türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Ərdoğanın bu səfərinin əsas gündəm maddəsi sərbəst ticarət sazişinin imzalanmasıdır.

"Əlavə olaraq, Ukrayna ilə Rusiya arasında sərbəst ticarətin inkişaf etdirilməsi məsələsi bir müqavilə ilə yekunlaşacaq. Şübhəsiz ki, bu səfər gerçəkləşərsə, Ukrayna-Rusiya müharibəsinin də gündəmə gəlməsi qaçılmazdır. Çünki hazırda bir müharibə gedir və bu müharibədə Türkiyə ilk gündən etibarən tərəfsizliyini bəyan edərək həm Antalyada xarici işlər nazirlərinin bir araya gəlməsi ilə, həm də İstanbul danışıqları ilə üç dəfə tərəfləri bir araya gətirməyi bacaran Türkiyə eyni zamanda taxıl dəhlizi məsələsində də iki ölkəni bir araya gətirərək həll edən bir ölkə mövqeyindədir. Türkiyənin Rusiya-Ukrayna müharibəsini bu səfərdə müzakirə etməsi olduqca təbii olacaqdır. Əgər müzakirə etməzsə, bir problem var deməkdir.

Türkiyə, Ukrayna-Rusiya müharibəsi başladığı gündən etibarən tərəfsizliyini qorumuş, NATO-ya rəğmən NATO ilə hərəkət etməmiş bir ölkə mövqeyindədir və Qara dənizin şimalından hər iki ölkə ilə də yaxşı qonşuluq münasibətləri ilə bərabər məsafədə yer almışdır. Türkiyə iki ölkə ilə də  strateji münasibətləri olan bir ölkə olaraq onlarla ilə də görüşə bilməkdədir. Yenə, önümüzdəki günlərdə bir taxıl dəhlizinin açılması ilə bağlı inkişafların olması gözlənilməlidir, çünki məhsul yığımı zamanıdır və dünyanın ən əhəmiyyətli taxıl istehsalçıları olan Ukrayna və Rusiyanın dünyaya taxıl tədarükünün yenə təhlükəsiz şəkildə həyata keçirilməsi üçün əvvəlki illərdə olduğu kimi Türkiyənin vasitəçiliyi ilə bu mövzunun gündəmə gəlməsi üçün infrastruktur danışıqları aparılacağı müəyyəndir. Eyni zamanda ABŞ prezidenti Donald Trampın Ukraynanı qorumaq və Ukrayna üzərindən Rusiya ilə yaşanan gərginliklərlə bağlı proseslə əlaqədar olaraq iki nüvə sualtı qayığını Rusiyaya qarşı göndərməsi və Rusiyanı iki nüvə sualtı qayığı ilə təhdid edən açıqlamaları və Trampın başlanğıcda 50 gün, sonra 10-12 gün deyə bildirdiyi müddətlərin də artıq sonu gəlməkdədir və bir neçə gün içərisində Ukrayna məsələsi üzərindən Amerika ilə Rusiyanın yeni gərginliklər yaşayacağı gözlənilir".

Politoloq əlavə etdi ki, nüvə məsələsində gərginliklər ən yüksək səviyyəyə çatmışkən Ərdoğanın Ukrayna səfərinin bəyan edilməsi bu məsələnin də müzakirə olunacağı anlamına gəlir.

"Cənab Ərdoğanın səfər günü dəqiq olmamaqla birlikdə bu səfərdə söylədiyimiz kimi sərbəst ticarət sazişinin imzalanması, önümüzdəki günlərdə taxıl dəhlizi probleminin gündəmə gəlməsi ilə birlikdə necə həll ediləcəyi, Ukrayna-Rusiya müharibəsinin bitirilməsi üçün nələr edilməli olduğu və Zelenski ilə Putinin bir araya gətirilə bilməsi üçün Ərdoğanın bir təklif verə biləcəyi ağıldan çıxarılmamalıdır. Amma ən əhəmiyyətli məsələ Türkiyənin tarazlıq siyasəti gərəyi Ərdoğan, Zelenski səfərindən sonra yaxın bir zamanda Rusiyaya gedərək Putinlə də bir görüş keçirə biləcəyi ehtimal edilir. Çünki tarazlıq siyasətinin bunu tələb edəcəyini düşünürəm", - deyə İsmail Cingöz qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən