"ABŞ-nin iştirakı, həm siyasi, həm də diplomatik müstəvidə yeni imkanlar yarada bilər"

 18:35 05.08.2025     57

Bir sıra media orqanlarında və sosial şəbəkələrdə bu həftə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacağı barədə iddialar yayılıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu görüş baş tutarsa, şübhəsiz ki, regional və qlobal səviyyədə mühüm bir irəliləyişin təməli qoyulmuş olacaq.

"Xüsusilə də Amerika Birləşmiş Ştatlarının bu məsələdə artıq bilavasitə və birbaşa şəkildə prosesə cəlb olunması Azərbaycanın maraqları baxımından olduqca əhəmiyyətlidir. ABŞ-nin iştirakı, həm siyasi, həm də diplomatik müstəvidə yeni imkanlar yarada, danışıqların daha effektli və nəticəyönümlü şəkildə davam etməsinə zəmin hazırlaya bilər. Mən bu cür addımı Azərbaycan diplomatiyası üçün təkcə taktiki deyil, strateji baxımdan da böyük uğur hesab edirəm. Çünki bu, həm ölkəmizin beynəlxalq münasibətlər sistemindəki çəkisinin artdığını göstərir, həm də diplomatik səylərimizin nəticə verməyə başladığını nümayiş etdirir. Bu prosesin uğurlu davamı regionda sülh və sabitliyin təmin olunmasına ciddi töhfə verə bilər", - deyə deputat qeyd etdi.

Xədicə BAXIŞLI
 

Vumart və Güvən reklamı Vumart Güvən