"Donald Trampı sülh cəhdlərinə görə Sülh Mükafatına təqdim etmək olar" - Azər Badamov

 11:29 06.08.2025     147

"ABŞ Prezidenti Donald Trampı Sülh Mükafatına təqdim etmək olar. Çünki, Donlad Tramp müharibələri dəstəkləmir. Hətta Donald Trampın birinci prezidentliyi dövründə də yeni müharibələr baş verməyib. İkinci prezidentliyə seçkilər kampaniyasında isə Rusiya -Ukrayna müharibəsini prezident seçiləndən sonra 24 saata həll edəcəyini demişdi. Amma zaman göstərdi ki, bu müharibə hələ uzun müddətə davam edəcək və onu dayandırmaq heç də asan məsələ deyil. Hindistan-Pakistan müharibəsi isə çox kövrək şəkildə dayanıb və hər zaman yenidən gərginliyin yaranması ehtimalları qalmaqdadır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov özünün feysbuk hesabında yazıb.

"Yəni bütün bunlara baxmayaraq Donald Trampı sülh niyyətlərinə və cəhdlərinə görə Sülh Mükafatına təqdim etmək olar. Amma Azərbaycan-Ermənistan münaqişəsinin sonlandırılmasının əsas müəllifi Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Çünki, 30 ildə davam etmiş bir münaqişəni dayandıran dövlət başçısı olmayıb və ya da tarxidə çox təsadüfi haldır. Donald Trampın birinci prezidentliyi dövrü torpaqlarımızın işğal altında olduğu vaxta təsadüf olunub. Amma onun prezident olduğu illərdə Azərbaycan Ermənistan münaqişəsinin həll olunması isrtiqamətində hər hansı bir dəyişiklik olmadı. Qeyd etmək istəyirəm ki, BMT TŞ-nin 4 qətnaməsinin icra olunması üçün mandat verilmiş ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri də ABŞ idi. Amma Minsk qrupu münaqişəni dondurmağa və münaqişənin hərbi yolla həllinin olmadığna bizi inandırmağa çalışdı. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi və dəyişilməz mövqeyi sayəsində münaqişənin əvvəlcə hərbi, sonra da siyasi yollarla həll olunması üçün yol açdı. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinə başlayanda heç bir dövlət hərbi əməliyyatların belə sonluqla başa çatacağına inanmırdı. Hətta Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad edəcəyinə inananlar da demək olar ki, yox idi. Çünki, əsas güclər Ermənistanın yanında idi. Prezident İlham Əliyevin uzun illərdə apardığı beynəlxalq siyasəti sayəsində haqlı tərəf olduğumuzu, işğala məruz qaldığımızı və BMT Nizamnaməsinin 5-ci bəndinə əsasən öz ərazilərimizi azad etmək hüquqa malik olduğumuzu beynəlxalq ictimaiyyətə qəbul etdirildi. Müharibənin başlandığı ilk gündə Türkiyənin prezidentinin “Biz hər cürə yardımla can Azərbaycanın yanındayıq” deyərək verdiyi mənəvi dəstək, Pakistanın yanımızda olduğunu bildirməsi gücümüzə güc qatdı və üstümüzə gəlmək istəyən gücləri çəkindirdi. Təbii ki, bu uğura Prerzeident İlham Əliyevin uzaqgörən siyasəti, öz torpaqına və xalqına sədaqəti sayəsində nail olunmuşdu. 44 gündə torpaqlar işğaldan azad olunudu. 20 sentyabr 2023-cü ildə isə ərazilərimizdə erməni separatizmin kökü kəsildi. Bu, tarixdə olmamış, görünməmiş hadisə idi. Bəli , Azərbaycan-Ermənistan münaqişəsinin sona çatmasının yeganə müəllifi Prezident İlham Əliyevdir. Qələbəni qazandıran isə dövlət başçımızın yanında birləşmiş xalq və düşmən gülləsinə sinəsini siper etmiş Azərbaycan əsgəridir. Yəni, qələbəmizin şəriki yoxdur. Bu, müstəsna şəkildə dövlət başçımızın xidmətidir. Bu baxımdan Sülh Mükafatına ən çox layiq olanı Prezident İlham Əliyev oldunu hesab ediərəm".

Deputat əlavə edib ki, Azərbaycanla Ermənistan arasında razılaşdırlmış sülh müqaviləsinin müəllifi də Prezident İlham Əliyevdir.

"Məhz cənab Prezidentin rəhbərliyi altında yaratdığımız yeni reallıq Ermənistanı sülhə məcbur edir. Düzdür , müzakirələr, görüşlər müxtəlif polatformalarda keçirilə bilər. Amma ən səmərəli görüşlər ikitərfli keçirlən görüşlərdir. Belə ki, 10 iyulda Abu-Dabidə keçirlmiş görüş nəticəyönümlülüyünə görə yüksək dəyərləndirmək olar. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ evdə keçiriləcək görüş də çox əhəmiyyətli olacaqdır. Bu görüşdə sülh gündəliyin kifayət qədər irəlilədəcəyini hesab edirəm. Yəni görüşdə sülh müqaviləsinin paraflanması və ya da hər hansı bir memorandum imzalana bilər. Amma bu yekun sülh müaviləsi olmayacaqdır. Yekun sülh müqaviləsinin imzalanması üçün əsas tələbimiz olan Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaların çıxarılması və Minsk qrupun ləğvi ilə bvağlı ATƏT-ə birgə müraciətin göndərilməsi ilə bağlı mövqeyimiz dəyişilməzdir. Bu iki məsələ həll olunadan sonra yekun sülh sənədi istənilən məkanda imzlamaq olar. Yekun sülh müqaviləsi imzlanandan sonra 30 illik bir münaqişəyə ədalətlə son qoyulduğuna görə Prezident İlham Əliyevi Sülh Mükafatına təqdim olunmalı olduğunu hesab edirəm. Çünki, bu mükafatın əsl sahibi cənab Prezidentdir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən