"Rusiya-Ukrayna arasında atəşkəsin əldə edilməsi mümkün deyil" - Zərdüşt Əlizadə

 13:42 06.08.2025     111

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp rusilaylı həmkarı Vladimir Putinə ultimatum verib ki, cümə gününə qədər atəşkəslə razılaşın.

Cümə gününə qədər Rusiya-Ukrayna arasında atəşkəs əldə oluna bilərmi?

Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Rusiya-Ukrayna arasında atəşkəsin əldə edilməsi mümkün deyil:

"Rusiyanın məqsədi elə bir məqsəddir ki, ona nail olmaq üçün gərək Ukrayna darmadağın olsun, dövlət kimi yox olsun. Ukrayna xalqı, Ukrayna dövləti buna razı olmayacaq. Tramp razı ola bilər, amma Avropa buna razı olmayacaq. Çünki bu olsa, bütün Avropa Rusiyanın təsir dairəsinə düşəcək. Avropa dövlətləri bunu istəmir. Rusiyanın bunu hərbi gücü ilə həyata keçirmək imkanı yoxdur".

Onun sözlərinə görə, Trampın Rusiyaya nəsə etmək imkanı yoxdur.

"Əvvəldən demişdi ki, rus qazını, rus neftini alanlara 100%, 500% gömrük rüsumu tətbiq edəcəm. Hindistan da, Çin də, Braziliya da deyib ki, yox, biz rus neftini alacağıq. Bundan sonra Tramp nə edə bilər? Ukraynaya bol silah verə bilər. Amma edəcək, etməyəcək onu bilmirəm", - deyə Z.Əlizadə bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən