"Azərbaycanın iki şərti yerinə yetirilərsə, müqavilə imzalana bilər"

"Azərbaycan və Ermənistan tərəfi Əbu-Dabidə ikitərəfli qaydada keçirilən görüşdə elan etdi ki, sülh müqaviləsinin mətni razılaşdırılıb. Azərbaycanın iki şərti yerinə yetirilərsə, müqavilə imzalana bilər".
Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə 7-8 avqust tarixlərində Vaşinqtonda Azərbaycan, ABŞ, Ermənistan arasında keçiriləcək olan üçtərəfli görüşdən danışarkən bildirdi.
"Münaqişə sona yetib, Qarabağ bizdədir, tikilir, camaat ora köçür. Odur ki, bu məsələnin mahiyyəti bundan dəyişmir. Trampın bu ikitərəfli qaydada keçən danışıqlara müdaxiləsi və sülh sazişinin Amerikada, Ağ Evdə, onun iştirakı ilə imzalanma mərasiminin keçirilməsi məsələsinə gəldikdə bu, yaşlı adamın bir istəyidir. İndi iki dövlət rəhbəri hesab eləsələr ki, bu onlara xeyirdir, Trampın bu istəyini həyata keçirəcəklər. Yəni bir o qədər əhəmiyyətli, böyük olan bir məsələ deyil. Sadəcə Trampın sultanlıq istəyi, Nobel sülh mükafatı almaq istəyi var".
Aytəkin TOFİQQIZI