İlham Əliyev Trampın xüsusi elçisi ilə görüşdü - FOTO

Avqustun 7-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub.
Redaktor.az xəbər verir ki, əvvəlcə dövlət başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Sonra dövlət başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub.