Ağ Evin açarını İlham Əliyevə BAĞIŞLADI

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə görüş zamanı Ağ Evin açarını təqdim edib.
Redaktor.az xəbər verir ki, Donald Tramp İlham Əliyevə açarı ikitərəfli görüş zamanı verib.
ABŞ Prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevi öz otağında qəbul edərkən ona xüsusi hədiyyə təqdim edib.
Həmin hədiyyə Trampın özünün şəxsən hazırlatdığı açardır.
Bu açarı dəyərli edən onun qızıldan hazırlanmasından çox, Ağ Evin giriş qapısını açmasıdır.
Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya, amerikalı milyarder İlon Maska da həmin hədiyyəni təqdim edib.
Və hər təqdimatda bu hədiyyənin hər kəsə yox, yanlız məxsusi qonaqlara verildiyini bildirib: “Bu, Ağ Evin, həm də ölkəmiz və qəlbimizin açardır”.