Avqustun 8-də əldə olunan razılaşmaların icrasını dəstəkləməyə hazırıq - ATƏT

 15:41 09.08.2025     71

ATƏT Azərbaycan-Ermənistan razılaşmasınndan məmnunluğunu ifadə edib.

Təşkilat Redaktor.az-a bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmaları müsbət qarşılayır və ABŞ-ın bu məsələdki rolunu təqdirəlayiq hesab edir. 

ATƏT Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq və sülhə nail olmaq üçün mümkün olan hər şeyi etməyə çağırır, eləcə də hər iki ölkəyə stabillik və davamlı sülh gətirən bütün səyləri dəstəkləməyə davam edir.

Təşkilat avqusun 8-də əldə olunan razılaşmaların icrasına dəstək verməyə hazır olduğunu bəyan edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən