İtaliya Azərbaycanla bağlı bəyanat yaydı

İtaliya baş nazirinin müavini Matteo Salvini Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması barədə açıqlama verib.
Redaktor.az xəbər verir ki, o, bunun dünyada digər müharibələrin bitirilməsi baxımından mühüm anlaşma olduğunu bildirib.
“40 ilə yaxın davam edən silahlı münaqişədən sonra ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi dönüş nöqtəsi və ümid əlamətidir. Diplomatiya silahları əvəz edəndə həmişə əla xəbərlər gəlir. Qoy bu addım həm də dünyanın digər müharibə zonaları üçün yaxşı əlamət olsun, xüsusən də avqustun 15-də Alyaskada Tramp və Putinin görüşü ərəfəsində. Bu gün hamının hər zamankından daha çox öhdəliyi bir istiqamətdə olmalıdır: sülh”, - İtaliya rəsmisi bildirib.