Putinin Alyaskanı seçməyinin səbəbi bilindi - QORXURMUŞ...

 21:28 09.08.2025     139

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp ABŞ ərazisində görüşəcək, çünki orada Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyası tətbiq edilmir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Washington Post" yazır.

Qeyd olunub ki, Putin danışıqların Birləşmiş Ərəb Əmirliklərində baş tuta biləcəyini bildirib. İki liderin İtaliyada görüşünün mümkünlüyü isə Rusiya liderinin orada BCM-in orderi əsasında həbs oluna biləcəyinə görə rədd edilib.

ABŞ beynəlxalq məhkəmənin tərəfi deyil, ona görə də Alyaska ştatındakı görüş bu problemdən qaçmağa imkan verir. Görüşün yeri kimi Alyaskanın seçilməsi həm də bu ştatın Rusiyaya yaxınlığı ilə izah olunur.

Xatırladaq ki, avqustun 15-də Vladimir Putin və Donald Tramp Alyaskada danışıqlar aparacaq.

Vumart və Güvən reklamı Vumart Güvən