Netanyahu İlham Əliyevi belə təbrik etdi

 22:12 09.08.2025     129

Prezident Trampa təbriklər! Sizin cəsarətli liderliyiniz və qlobal baxışınız növbəti bir sülh razılaşmasının mümkün olmasına şərait yaratdı.

Redaktor.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu sosial şəbəkə hesabında paylaşımda bildirib.

“Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın Baş naziri Nikol Paşinyanı və Azərbaycan ilə Ermənistan xalqlarını bu tarixi razılaşmanı imzaladıqları üçün təbrik edirəm.

Hamınıza barışıq və ortaq rifah dövrünün başlanğıcını arzulayıram”, - paylaşımda qeyd edilib.

Vumart və Güvən reklamı Vumart Güvən