BMT-də bu dövlərin müstəqilliyi elan EDİLƏCƏK

Fələstin prezidenti Mahmud Abbas sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında Muxtar Vilayətin dövlətə çevrilməsini birtərəfli şəkildə elan etməyi nəzərdən keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə "Al-Araby Al-Jadeed" nəşri məlumat yayıb.
Nəşrə görə, bu addım dövlətin sərhədlərini və əsaslarını müəyyənləşdirəcək konstitusiya bəyannaməsinə əsaslanacaq. Abbas tərəfindən elan ediləcək bu bəyannamə dövlətin sərhədlərini, xarakterini, məzmununu və konstitusiya əsaslarını Fələstin konstitusiyası təsdiqlənənə qədər müəyyənləşdirəcək.
Abbas iyulun 20-də Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsi ilə görüşündə ilin sonuna qədər yeni Fələstin Milli Şurasının seçkilərinin keçiriləcəyini elan edib. Fələstin rəsmilərinə görə, bu qərar Fələstin dövlətinin tanınması üçün beynəlxalq dəstəyi gücləndirmək”məqsədi daşıyır.
Yeni şura 350 üzvdən ibarət olacaq: 200 nəfər İordan çayının qərb sahili, Qəzza və Qüdsdən, 150 nəfər isə İsrail xaricindən seçiləcək. Rəsmi Fələstin xəbər agentliyi "WAFA"nın məlumatına görə, seçkilərdə iştirak etmək istəyən namizədlər Fələstin Azadlıq Təşkilatının siyasi platformasına, beynəlxalq öhdəliklərinə və BMT qətnamələrinə sadiq olmalıdır.