"Rusiya sülhün tərəfdarı deyil" - Deputat

 11:12 11.08.2025     133

"Vaşinqtonda imzalanan sənədlər və baş verən proseslər tarixi hadisədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Fariz İsmayılov Vaşinqtonda keçirilən üçtərəfli görüş haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, bu sülh imzalama mərasimi regionda yeni reallıq və güc balansı yaradaraq ABŞ-ni yenidən Cənubi Qafqaz bölgəsinə qaytarır:

"Bu prosesə Rusiyanın münasibəti isə təbiidir ki, mənfidir, çünki ABŞ ilə geosiyasi qarşıdurma içindədir. Azərbaycana qarşı enerji infrastrukturuna hücumlar, diasporaya təzyiqlər və digər basqılar da bu qarşıdurmanın əlamətləridir. Azərbaycan bu pressinqi hiss etsə də, təzyiq yolu ilə onunla danışmaq mümkün deyil. Ölkə kifayət qədər özünəinamlıdır və bu cür basqılar indiyə qədər nəticə verməyib, gələcəkdə də verməyəcək".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən