"Rusiya destruktiv addımlar atmaqdan çəkinməli və prosesi dəstəkləməlidir" - Mübariz Göyüşlü

 10:46 12.08.2025     140

"Dünyanın əsas aparıcı təşkilatları, dövlətləri Vaşinqtonda keçirilən görüşə, görüş zamanı imzalanan sənədlərə, qəbul edilən qərarlara, verilən bəyanatlara dəstək ifadə etdikləri, alqışladıqları bir zamanda Rusiya dövlətinin rəsmilərinin demək olar ki, səssiz qalması və yaxud bizi qane edən açıqlamaları verməməsi  xoş bir mənzərə deyil. Bu yaxşı bir görüntü yaratmır".

Bu fikirləri Redaktor.az-a  "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Vaşinqtonda keçirilən üçtərəli görüşdə əldə olunan razılaşmalardan sonra Rusiyanın Azərbaycan və Ermınistanı təbrik etməmısindən danışarkən bildirdi.

"Rusiyanın Cənubi Qafqazda gedən sülh, sabitlik, mütərəqqi proseslərə dəstək ifadə etməsi önəmli bir məsələdir. O indiki bu təcavüzkar durumunda, təcavüzkar rolundakı bu davranışlarına sülhpərvər çıxışları ilə bəlkə də müsbət bir imic də gətirə bilərdi.  Azərbaycan da, Ermənistan da onun qonşularıdır. Onun müttəfiqləri olublar, müttəfiqləridir. İki dövlət arasında münasibətlərin qaydaya qoyulmasına bu şəkildə susmaq, susqunluqla reaksiya vermək, hesab edirəm ki, Rusiyaya yaraşan bir məsələ deyil. Əgər bunun əleyhinə addımlar atacaqsa, bu Rusiyanın o təcavüzkar imicini daha da gücləndirəcək".

Müsahibimizin fikrincə, bu proseslərin əleyhinə addım atılması da nəticə verməyəcək:

"Rusiya planlayırsa, bu addımı atsın,  bu məsələlər pozulsun, o olmayacaqdır. Xüsusən Azərbaycanda bunu gerçəkləşdirmək mümkün deyil. Ona görə də mən düşünürəm ki, Rusiya destruktiv addımlar atmaqdan çəkinməli və bu prosesi dəstəkləməlidir", - deyə M.Göyüşlü fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən