"Tramp Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyada qalmasına razı olacaq" - Zərdüşt Əlizadə

 14:14 12.08.2025     86

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin ilə avqustun 15-də Alyaska ştatında görüşəcək.

Görüşdən hansı nəticələr əldə oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, Rusiyanın başı hazırda Ukrayna məsələlərinə qarışıb.

"Mənim zənnimə görə, bu görüşün əsas məqsədi odur ki, Tramp Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyada qalmasına razı olacaq. Ukrayna Qərbin yalan vədlərinə aldanandan, Rusiya ilə müharibəyə başlayandan sonra Qərbin hərbi, maliyyə və siyasi dəstəyinə çox bel bağlamışdı. İndi Tramp çox güman ki, öz mənafeyi xətrinə Rusiyanın Ukraynada işğal elədiyi ərazilərin uzun müddətli atəşkəsin bağlanması şərti ilə Rusiyada qalmasına icazə verəcək".

Onun fikrincə belə olacağı halda Rusiya  artıq Amerikanın arxa həyətinə çevrilmiş Cənubi Qafqaza hansısa güclü hərbi-siyasi müdaxilə etməyə cürəti və cəsarəti çatmaz:

"Yox, əgər çatsa, təbii ki, Azərbaycanın da cavab verməyə imkanları var. Rusiya bir dövlət kimi, iqtisadiyyat sahəsində yetərincə çox şey itirib. Hörmətini itirib, pullarını itirib, şəriklərini itirib, bazarlar itirib. Bu, Rusiya üçün ağır fəsadlara gətirir. Əlbəttə, Rusiya imperialistlərdən əl çəkmir, imperialist dövləti olaraq qalır. Amma ki, yorğanına görə ayağını uzatmağa məcbur olacaq", - deyə Zərdüşt Əlizadə əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən