Tramp-Putin görüşü: Müharibədə yeni mərhələ - ŞƏRH

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp cümə günü Rusiyaya getməyi planlaşdırdığını bildirib.
Bəs bu görüşün nəticəsi nə ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən politoloq İlyas Hüseynov bildirdi ki, Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşü böyük maraq doğurur və dünyanın diqqət mərkəzindədir:
"Görüş Alyaskada keçirilir və Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün mühüm məsələlər müzakirə olunacaq. Rusiya-Ukrayna müharibəsi başlayandan və Tramp yenidən seçiləndən sonra bu ilk görüşdür. Bundan əvvəl çoxsaylı telefon danışıqları və görüşlər olsa da, müharibəni dayandırmaq mümkün olmayıb. Bu baxımdan görüşdən mühüm nəticələr vəd olunur".
Onun sözlərinə görə, ABŞ-nin prezidenti Donald Trampın xüsusi nümayəndəsi Svit Vitkofun Rusiya səfərindən sonra liderlər arasında görüş keçirilməsi Vitkofun güclü diplomat olduğunu göstərir:
"Görüşün razılaşdırılması hazırkı durumda mühüm uğur sayılır. Hazırkı reallıqlarda bir sıra güzəştlər, ərazi dəyişiklikləri və ya mübadilə müzakirə oluna bilər. Mediada ən çox yayılan fikirlər bundan ibarətdir. Aydındır ki, Donbas və Krımda Rusiya geri çəkilməyəcək və orada dayanmaq önəmlidir. Tramp üçün müharibəni dayandırmaq böyük uğurdur. Əgər bu konfiqurasiyada müharibə bitərsə, bu yekun sülh olmayacaq. Münaqişənin gələcək dövr üçün konservasiyası və dondurulması kimi qiymətləndirilə bilər",- deyə sonra politoloq fikirlərini sonlandırdı.
Nuriyyə NATİQQIZI