Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram -  Hafiz Hacıyev

 22:44 12.08.2025     109

“Mən ermənicə bilirəm, Ermənistanda böyümüşəm. Desələr, əlbəttə ki, İrəvanda Azərbaycan səfiri işləməyə hazıram. Hara desələr, biz orada əsgər kimi hazırıq”.

Redaktor.az xəbər verir ki, bunu "demokrat.az"a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 

O bildirib ki, millətdən və dövlətdən ötrü həyatından keçməyə də hazırdır:

“Millət naminə, dövlət başçımızın xətrinə hara lazımdırsa, gedərəm. Lazım olsa, bu yaşımda əlimdə silah sərhəddə durmağa da hazıram”.

Hafiz Hacıyev həmçinin qeyd edib ki, Prezidentin ABŞ-də keçirdiyi görüşlərdə çox böyük işlər görüldü və bu, tarixi bir qələbə idi:

“Düşünürəm ki, bu proseslər bu cür də ardıcıl davam edəcək. Bunu qəbul etməyən müəyyən qüvvələr var — istər daxildə, istər xaricdə. Onlar da yəqin, yaxın zamanda özlərinin gücsüzlüyünü görüb geri çəkiləcəklər”.

Vumart və Güvən reklamı Vumart Güvən