"Ukrayna-Rusiya məsələsinin həllində Rusiya-Amerika münasibətlərinin yumşaldılması mühüm rol oynayacaq" - Sərdar Cəlaloğlu

 09:39 15.08.2025     124

Ukrayna tərəfi bildirib ki, Rusiya və ABŞ arasında Alyaskada keçiriləcək danışıqların nəticələrini tanımayacaq.

Bəs bu görüşün nəticələrinə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki,  Zelenskinin bəyanatı Trampla Putin arasındakı danışıqların nəticələrinə ciddi təsir göstərməyəcək:

"Bunlar, əslində, siyasi ticarətdə istifadə olunan priyomlardır. Bir tərəf vermək istədiyinin ən yuxarı və aşağı həddini bildirir, digər tərəf isə alacağı maksimum həddi açıqlayır. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi isə ondan ibarətdir ki, burada söhbət Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanmasından getmir, söhbət atəşkəsdən gedir. Sadəcə, həmin atəşkəsin müxtəlif şərtləri var. Ola bilsin ki, Ukrayna-Rusiya məsələsinin həllində Rusiya-Amerika münasibətlərinin yumşaldılması mühüm rol oynayacaq. Yəni müəyyən mənada ABŞ Rusiyaya bəzi vədlər verməklə və Zelenskinin təkliflərini nəzərə almaqla atəşkəsə razılıq əldə olunmasına nail ola bilər. Əks halda, Tramp da bildirib ki, əgər Putin onların şərtləri ilə razılaşmasa, Rusiyaya qarşı əks-tədbirlər görüləcək".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən