Ukrayna-Rusiya müharibəsinə son qoymağın yolu - Tramp AÇIQLADI

 15:04 16.08.2025     55

Ukraynadakı münaqişəyə son qoymağın ən yaxşı yolu təkcə atəşkəs deyil, sülh razılaşmasıdır və onun bütün həmsöhbətləri bu fikirdədir.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

“Hər kəs belə qənaətə gəlib ki, Rusiya və Ukrayna arasında dəhşətli müharibəyə son qoymağın ən yaxşı yolu böyük ölçüdə uğursuzluğa düçar olmuş atəşkəslə bağlı danışıqlar aparmaqdansa, birbaşa olaraq müharibəyə son qoyan sülh sazişi üzrə danışıqlar aparmaqdır”, - Amerika lideri bildirib. 

Vumart və Güvən reklamı Vumart Güvən