"Görüşdə Ukraynadakı mümkün vəziyyət təhlil olunacaq" - ŞƏRH

 11:41 19.08.2025     128

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşün baş tutacağına əminliyini ifadə edib.

Redaktor.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirdi ki, bu görüşdə artıq Ukraynadakı mümkün vəziyyət təhlil olunacaq.

"Ukraynada tutulan ərazilərin müəyyən bir qismi görünür ki, Rusiya tərəfindən qaytarıla bilər. Ukrayna neytral dövlət statusu ala bilər. NATO-ya girməsin, aralıq bir statusda qala bilər. Hələ ki, belə ola bilər. Təhlükəsizliklə bağlı təminatlar ola bilər. Görüş keçirilə bilər. Amma mən bu görüşdən bir az açığı, çox da ümidli deyiləm. Putin dedi ki, Zelenski qanuni prezident deyil. Yəni onun vaxtı bitib, biz onunla görüşə bilmərik. İndi maraqlıdır ki, necə görüşəcəyik".

Politoloq əlavə etdi ki, Zelenskinin istəkləri Putinin istəkləri ilə toqquşmayacaq:

"Bax bunun özü də bir sualdır. Zelenski heç bir ərazidən imtina eləmək istəmir. Yəni bu çox önəmli məsələdir. Hətta o əraziləri belə qaytarmaq istəsə, Rusiya tutubsa, işğal eləyibsə o ərazini, əlbəttə ki, vermək istəməyəcək. Çünki ordan Krıma keçid var və Krımı əldən vermək istəmir. Çünki Azov dənizi artıq Rusiyanın daxili dənizinə çevrilib. Belə bir vəziyyət yaranıb. Ona görə Ukrayna çox çətin, qəliz dilemma qarşısındadır. Tramp da iki ayağını bir başmağa dirəyib ki, sən barışa gəlməlisən, sülhə gəlməlisən. Hər vəziyyətdə artıq Zelenskinin bir yolu qalır ki, Ukrayna üçün əlində olan imkanlardan hansı daha məqbuldursa, onu qəbul eləsin", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən