Ermənistan yeni inkişaf yoluna qədəm qoydu – Paşinyandan AÇIQLAMA

 12:17 21.08.2025     83

Ermənistan avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzalanmış sənədlərlə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

"Əminəm ki, bu addımla biz inkişafın yeni gündəliyinə, yeni inkişaf ölçüsünə daxil olduq. Burada işimizin məzmunu, enerjisi və səmərəliliyi daha yüksək olmalıdır. Qarşıda görüləcək çox iş var. Bu, sülhə yönəlmiş konstruktiv və yaradıcı işdir. Biz hamımız bu işə maksimum diqqət yetirməliyik", - N.Paşinyan əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən