''Azərbaycan və Türkmənistan arasında dostluq, qardaşlıq əlaqələri xalqların iradəsinə əsaslanır''- İlham Əliyev

Azərbaycan və Türkmənistan arasında dostluq, qardaşlıq əlaqələri xalqların iradəsinə əsaslanır.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü zamanı deyib.
"Bizim aramızda olan dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar",- dövlət başçısı qeyd edib.