İlham Əliyevlə xalqın birlik nümunəsi - Deputat AÇIQLADI

 18:42 22.08.2025     187

"Prezident İlham Əliyev növbəti dəfə işğaldan azad olunmuş torpaqlara səfər etdi. Bu səfər çərçivəsində Kəlbəcərdə əhəmiyyətli görüşlər keçirildi. Dövlət başçısı həmin torpaqlara yenidən qayıdan əzəli sakinlər, kəlbəcərlilərlə görüşdü. Onlarla apardığı səmimi söhbətlər və dialoqlar Azərbaycan tarixində prezidentin xalqı ilə, xalqın isə dövlət başçısı ilə daim bir yerdə olmasının növbəti bariz nümunəsi kimi qalacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva İlham Əliyevin Kəlbəcərə etdiyi səfərdən danışarkən bildirdi.

"Prezident İlham Əliyevin atdığı addımlar həm də dövlət başçısının həyata keçirdiyi insan amilinə əsaslanan siyasətin təzahürüdür. “Hər nə edirik, insan kapitalı üçün edirik” prinsipi bu gün bütün sahələrdə öz təsirini göstərir. İşğaldan azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində həmin ərazilər də Azərbaycanın digər bölgələri kimi yenidən dirçəlir və inkişaf edir.

Bu böyük fəaliyyətin mərkəzində prezidentin məqsədyönlü və uğurlu siyasəti dayanır. Onun həyata keçirdiyi xətt dünyanın ən böyük dövlətləri tərəfindən qəbul və təqdir olunur. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan xalqı öz seçimində yanılmayıb və dövlət başçısına inamını daim qoruyur", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI
 

Vumart və Güvən reklamı Vumart Güvən