Mirziyoyev Zəngəzur dəhlizi üzrə təşəbbüslə çıxış etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zəngəzur dəhlizinin inkişafı da daxil olmaqla, yük daşımaları sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün konkret təkliflər irəli sürüb.
Redaktor.az-ın Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ş.Mirziyoyev bunu avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yüksək səviyyəli üçtərəfli görüşdə deyib.