"Ermənistan vətəndaşları ancaq turist kimi Azərbaycana gəlib-gedə bilərlər" - Elman Məmmədov

 23:32 22.08.2025     243

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan açıqlamasında bildirib ki, sülh şəraitində ermənilər və azərbaycanlılar hər yerə turist kimi gedə bilərlər.

Milli Məclisin deputatı Elman Məmmədov Paşinyanın bu açıqlaması ilə bağlı Redaktor.az-a bildirdi ki, iki dövlət arasında dayanıqlı sülh sazişi imzalanandan sonra bu, mümkün ola bilər.

"İki dövlət arasında qarşılıqlı razılaşma olarsa, Ermənistan vətəndaşları ancaq turist kimi Azərbaycana gəlib-gedə bilərlər. Əgər iki dövlət arasında qarşılıqlı etimad tam şəkildə formalaşarsa və dayanıqlı sülh təmin olunarsa, bu, həqiqi mənada mümkün olarsa, o zaman münasibətlər sabit, konstruktiv ola bilər. Biz bu məsələdə hər zaman səmimi mövqe nümayiş etdiririk, istər bu dövlətlə, istərsə də bütün digər qonşularımızla münasibətlərdə. Lakin eyni səmimiyyəti biz də qarşı tərəfdən gözləyirik. Təbii ki, bu məsələlərin necə inkişaf edəcəyini zaman göstərəcək", - deyə millət vəkili qeyd etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən