"İlham Əliyev azad torpaqlarda tarix yazır" - Günay Ağamalı

 17:38 22.08.2025     110

"Möhtərəm Cənab Prezident İlham Əliyevin Kəlbəcərə növbəti səfəri bir daha sübut etdi ki, ölkə başçımız azad edilmiş torpaqlarda böyük quruculuq və bərpa prosesini şəxsən nəzarətdə saxlayır, hər addımı ilə tarix yazır. Dünənki səfər çərçivəsində yeni infrastruktur layihələrinin təməlinin qoyulması, yolların, sosial obyektlərin açılışı, kəndlərin yenidən canlanması Kəlbəcərin dirçəlişini nümayiş etdirdi. Bu, həm də Azərbaycanın gücünün, xalqımızın qətiyyətli iradəsinin bariz göstəricisidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı İlham Əliyevin avqustun 21-də Kəlbəcərə etdiyi səfərdən danışarkən bildirdi.

"Cənab Prezidentin yerli sakinlərlə səmimi ünsiyyəti, onlara həssas yanaşması xalq-lider birliyinin ən gözəl təcəssümüdür. Milli Qəhrəman Hökumə Əliyevanın atası ilə səmimi söhbəti, ona göstərdiyi diqqət və qayğı dövlət başçımızın necə humanist, necə sadə və xalqına bağlı bir lider olduğunu bir daha göstərdi. Kəlbəcərin bu günü və gələcəyi dövlət başçımızın siyasi iradəsinin, uzaqgörənliklə həyata keçirdiyi siyasətin nəticəsidir. Qısa zamanda Kəlbəcər və bütün Qarabağ-Şərqi Zəngəzur bölgəsi ən müasir, ən inkişaf etmiş, rifahı yüksək bir məkana çevriləcəkdir. Bu, həm də tarix boyu ədalətin bərpasının və Zəfərin davamlılığının parlaq təzahürüdür", - deyə millət vəkili vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən