"Buna hazırıq" - Erməni nazir

 22:04 22.08.2025     62

"Ermənistan Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlığa hazırdır və bunda maraqlıdır".

Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.

Onun sözlərinə görə, əməkdaşlığın nəqliyyat komponenti "Sülh kəsişməsi" layihəsində əks olunub və Tramp marşrutu (Zəngəzur dəhlizi - red.) bu proqramın bir hissəsidir.

"Biz avqustun 8-də Vaşinqtonda qəbul edilmiş və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmış Bəyannəməyə uyğun olaraq bu proqramın işə salınmasına və Azərbaycanla nəqliyyat əlaqələrinin açılmasına fəal hazırlaşırıq. Onu da qeyd etmək istəyirəm ki, biz Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolu əlaqəsini bərpa etməyə hazır olduğumuzu açıq şəkildə bəyan etmişik. Bu, regional əlaqəni daha da gücləndirəcək", - nazir bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən