Avqustun sonuna qədər Rusiya-Ukrayna görüşü başa tuta bilər? - Ekspertdən AÇIQLAMA

 13:00 25.08.2025     148

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi Ukrayna ilə İstanbulda başlayan birbaşa danışıqları davam etdirməyə hazırdır.

Bəs bu ayın sonuna qədər Rusiya-Ukrayna arasında görüş baş tuta bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Aqşin Kərimov bildirdi ki, Rusiya ilə Ukrayna arasında növbəti görüşün baş tutacağı qaçılmazdır:

"Lakin bu, nümayəndə heyətlərinin tərkibi baxımından yeni formatda olmayacaq. Maksimum şəkildə Rusiya ilə Ukrayna İstanbul danışıqları formatı çərçivəsində yeni danışıqlara başlaya bilərlər, əlavə olaraq isə ABŞ-nin müzakirələrdə vasitəçiliyi yüksək ehtimal olaraq qalır. Bundan o məna çıxır ki, Rusiya ilə Ukrayna arasında yaxın zamanlarda prezidentlər səviyyəsində görüş planlaşdırılmır".

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun NBC telekanalına verdiyi müsahibədəki mövqeyi də bu fikri təsdiq edir:

"Lavrovun ABŞ mediasına verdiyi bu müsahibə çox güman ki, Qərb auditoriyasına birbaşa  olaraq “Putinin Zelenski ilə görüşdə maraqlı olmadığı” mövqeyini çatdırmaq məqsədi daşıyır. Başqa yandan Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin qeyri-legitimliyi barədə irəli sürdüyü hekayələri qüvvətləndirərək Qərbdən də bu yanaşmaya dəstək axtarır. Rusiya ehtimalla bunun üçün Ukraynadakı müharibə kampaniyasını yenilənən hücum elementləri ilə zənginləşdirərək prosesi əlavə ərazi nailiyyətləri ilə uyğunlaşdırmaq istəyəcək. Digər bir üçüncü məqsəd isə belədir ki, Zelenski Kremlin maksimalist tələblərinə yaxın olacaq mövqeyə yaxınlaşsın. Bundan sonra Putin Zelenski ilə görüşə bilər və bunu daxili auditoriyaya müharibədəki yeni geosiyasi qaydalarla izah etməyə cəhd göstərər".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən