Rusiyanın Baş prokuroru Ali Məhkəmənin sədri vəzifəsi üçün müraciət ETDİ

 18:16 25.08.2025     82

Rusiyanın Baş prokuroru İqor Krasnov Rusiya Federasiyasının Ali Məhkəməsinin boş olan sədri vəzifəsinə təyin olunmaq üçün müraciət edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Ali Kvalifikasiya Hakimləri Kollegiyasının sədri Nikolay Timoşin məlumat verib.

Məlumata görə, Ali Məhkəmənin sədri Rusiya Prezidentinin təqdimatı ilə və Ali Kvalifikasiya Hakimləri Kollegiyasının müsbət rəyi əsasında Federasiya Şurası tərəfindən altı illik müddətə təyin edilir.

Vumart və Güvən reklamı Vumart Güvən