“Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən sülh müqaviləsi mümkün deyil” - Politoloq

 12:35 28.08.2025     125

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sülh müqaviləsini imzalamaq üçün görüləcək işlər var.

Redaktor.az-a Ararat Mirzoyanın söylədiyi fikirləri şərh edən politoloq Oqtay Qasımov bildirdi ki, onun sözləri həqiqəti əks etdirir:

"Çünki sülh müqaviləsinin imzalanması üçün hal-hazırda yeganə şərt və əngəl Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsidir. Hansı ki, bu Konstitusiyanın müddəaları Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib. Həmçinin bu Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları yer alır. Ermənistan hakimiyyəti də məhz bunun üzərində işləyir ki, Konstitusiya dəyişikliyi olsun. Düşünürük ki, 2026-cı ilin sonlarına doğru referendumla bağlı məsələ həllini taparsa, sülh müqaviləsi imzalana bilər".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən