Ermənistandan etiraf: Azərbaycana çata bilmərik!

 16:31 05.09.2025     278

Ermənistan Müdafiə nazirinin müavini Hraçya Sarqsyan ölkəsinin müdafiə xərclərinin heç vaxt Azərbaycanın büdcəsi ilə müqayisə oluna bilməyəcəyini deyib.

Redaktor.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, Ermənistanın 2025-ci il dövlət büdcəsində Müdafiə Nazirliyi üçün 1,7 milyard dollar vəsait nəzərdə tutulub. Halbuki Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard dollara yaxındır.

Müdafiə xərclərinin artırılıb-artırılmayacağı hələlik məlum deyil.

Vumart və Güvən reklamı Vumart Güvən