Türkiyə XİN Azərbaycanı təbrik etdi

 10:14 15.09.2025     267

Türkiyə Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edirik. Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və ehtiramla yad edirik",- məlumatda qeyd edilib.

Vumart və Güvən reklamı Vumart Güvən