''Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanlar var'' - Prezident

 12:50 18.09.2025     210

Azərbaycan regionda sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək.

Redaktor.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edərkən deyib.

Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd edib. Bu xüsusda Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətini vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən