''Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz''- Edi Rama Makronla zarafatlaşdı

 13:22 02.10.2025     246

Albaniyanın Baş naziri Edi Rama Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti çərvçivəsində Fransa Prezidenti Emmanuel Makronla zarafatlaşıb.

Redaktor.az xəbər verir ki, Albaniyanın Baş naziri ABŞ Prezidenti Donald Trampın Ermənistan-Azərbaycan sülhü barədə danışarkən səhvən Albaniya-Azərbaycan deməsi barədə Fransa Prezidenti Makronla zarafatlaşıb.

Edi Rama Trampın səhvən "Albaniya və Azərbaycan arasında münaqişə" dediyini nəzərə alaraq Makrona zarafatla deyib ki, siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz.

2
Vumart və Güvən reklamı Vumart Güvən