Kreml Putin və Azərbaycan liderinin görüşünə nikbin baxır

 10:20 09.10.2025     271

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də müsbət və konstruktiv telefon danışığı zamanı görüşmək barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Kreml görüşə nikbin baxır və prezidentlər problemli məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Kremlin açıqladığı məlumata görə, bu gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən