Putindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı AÇIQLAMA

 15:49 09.10.2025     223

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Putin AZAL-ın təyyarəsinin qəzaya uğraması məsələsindən söz açıb. Rusiya lideri digər məsələlərlə yanaşı, Ukraynaya məxsus PUA-nın səmada olması ilə əlaqələndirib.

"Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb", - Putin bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən