"Üzr istəmək və təzminat ödəmək Rusiyanın borcudur" - Asim Mollazadə

 16:18 09.10.2025     284

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevdən AZAL təyyarəsinin Rusiya səmasında qəzaya uğradığı üçün üzr istəyib.

Bu haqda Milli Məclisin deputatı Asim Mollazadə Redaktor.az-a fikirlərini bildiridi:

"Bu, Rusiya Prezidenti Vladimir Putinin çoxdan atmalı olduğu addım idi. Lakin Vladimir Putin bunu indi etdi. Bu, çox gözlənilən addım idi. Üzr istəmək və təzminat ödəmək Rusiyanın borcudur.

Millət vəkili bu görüşdən sonra Azərbaycan və Rusiyanın münasibətlərinin necə ola biləcəyindən də danışdı:

"Ümid edirəm ki, görüşdən sonra münasibətlərin irəliləməsi istiqamətində müəyyən müsbət irəliləyiş olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən