Putin Əliyevin Rusiya ilə Azərbaycan arasında münasibətlərə töhfəsindən DANIŞDI
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında humanitar əlaqələrin inkişafında əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Redaktor.az xəbər verir ki, bu barədə ''RİA Novosti'' məlumat yayıb.
Putin Düşənbədə keçirilən görüş zamanı bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin yalnız siyasi və iqtisadi sahədə deyil, eyni zamanda humanitar istiqamətdə də möhkəmlənməsində Prezident İlham Əliyevin şəxsi rolu böyükdür.
Aminə ŞAHSUVARQIZI













