Ramil Həsən deputat fəaliyyətini DAYANDIRACAQ

 12:24 10.10.2025     275

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə parlamentin bugünkü iclasında bildirilib.

Milli Məclisin deputatı Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasına Baş katibi seçildiyi üçün onun deputat mandatına xitam veriləcək.

Qeyd edək ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən təşkilatın yeni Baş katibi seçilib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən