İlham Əliyev Düşənbədə MDB liderlərinin geniş tərkibdə iclasında iştirak etdi - FOTO

 13:36 10.10.2025     315

Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış ediblər.

Sonra tədbirin yekun sənədləri imzalanıb.

İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə” medalı təqdim olunub.

***

13:11

Bu dəqiqələrdə Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

222
Vumart və Güvən reklamı Vumart Güvən