"Rusiya - Azərbaycan münasibətlərində yeni dövr başladı" - Əziz Əlibəyli

 17:05 10.10.2025     331

"Görüş çoxdan gözlənilirdi. Çünki Azərbaycanla Rusiya arasındakı problemlər və ziddiyyətlər kifayət qədər çox nüansa söykənir. İndiki vəziyyətdə Rusiya öz əməlini müəyyən qaydada etiraf etdi".

Bu fikirləri Redaktor.az-a Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezdidenti Vladimir Putinin ötən gün baş tutan görüşündən danışarkən bildirdi.

"Bizə vacib olan, hüquqi məsuliyyət daşıması, təzminat verməsi və təbii ki, üzr istəməsidir. Bunlar hələ ki, bitən proses deyil. Bizə bundan sonra ticari-iqtisadi münasibətlər üzərindən qalan və heç vaxt pozulmayan münasibətləri inkişaf etdirmək vəzifəsi düşür. Bu, daha çox Rusiyanın üzrü ilə, eyni zamanda kompensasiyası ilə baş verəcək prosesdir. Bu proseslər hamısı göstərir ki, Rusiyanın Azərbaycanla bağlı atacağı kifayət qədər geniş həcmli işlər qabaqdadır", - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən