İlham Əliyev Qazaxıstana dövlət səfəri edəcək

 11:58 16.10.2025     199

Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq.

Prezidentlər Ali Dövlətlərarası Şuranın iclasında və Qazaxıstan-Azərbaycan biznes forumunda iştirak edəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən