Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

 15:43 19.10.2025     235

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Telegram”-da paylaşım edib.

Sahibə Qafarova və Alen Simonyan arasında görüş oktyabrın 21-də Parlamentlərarası İttifaqın 151-ci assambleyası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, tərəflər sonuncu dəfə 2025-ci ilin aprelində Sankt-Peterburqda görüşüblər.

Vumart və Güvən reklamı Vumart Güvən