''Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir''- İlham Əliyev

 13:18 21.10.2025     187

Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir.

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.

“Son illər Prezidentin (Kasım-Jomart Tokayev – red.) həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, həmçinin Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmlənir.

Vumart və Güvən reklamı Vumart Güvən