"Trampla Putin arasında yeni bir gərginliyin yaranmasına şahid ola bilərik" - ŞƏRH
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təklif olunan görüşün Vaşinqton tərəfindən ləğv olunduğunu deyib. Qeyd edib ki, bunu düzgün hesab etmir.
Redaktor.az-a danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, Amerika Prezidenti Trampla Rusiya Prezidenti Putin arasında yeni bir gərginliyin yaranmasına şahid ola bilərik.
"Son gedişat göstərir ki, ABŞ və Rusiya arasında gərginlik yaranmaqdadır. Hətta sanksiya tətbiq olunması ilə bağlı Amerika tərəfi açıqlama verib. Bu da Rusiya daxilində iqtisadi məsələlərdə gərginliyi artırıb. Putinin razılaşmaya gəlmək istəməməsi qarşı tərəfin narazılığına səbəb olur".

Müsahibimiz qeyd etdi ki, keçirilən görüşlərin faktiki olaraq hər hansı bir nəticəsi müşahidə olunmur:
"Məsələn, Rusiya-Ukrayna müharibəsində Rusiya yenə hücumlarını davam etdirir, işğalçı siyasətini sürdürür. Ukraynada şəhərlər, kəndlər bombalanır, insanlar ölür və bu hallar dayanmır. Hesab edirəm ki, yeni bir gərginlik məsələsi yaranır və bu, çox ciddi şəkildə Rusiya üçün problemi artıra biləcək bir məqam ola bilər".
Aytəkin TOFİQQIZI













