"Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır"

 18:00 27.10.2025     275

"3+3" platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik", - nazir qeyd edib.

Əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib.

Vumart və Güvən reklamı Vumart Güvən