Bayramov Özbəkistan prezidenti ilə görüşdü

 18:10 30.10.2025     310

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.

Görüş Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.

C.Bayramov Özbəkistanı bu nüfuzlu qlobal tədbirə uğurla ev sahibliyi etməsinə və mükəmməl təşkilinə görə səmimi qəlbdən təbrik edib.

Vumart və Güvən reklamı Vumart Güvən