Paşinyan Azərbaycanla kommunikasiyaların açılması üzrə Komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında kommunikasiyaların açılması üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib.
Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan qərar imzalayıb.
Komissiyaya baş nazirin müavini, Mher Qriqoryan, baş nazirin müşaviri Artaşes Tumanyan, nazir müavinləri, komitə sədrlərinin müavinləri, xidmət rəislərinin müavinləri və digər rəsmi şəxslər daxildir.













